SUNLAB laboratoriyası 2016-cı ildə “Sıfır Xəta” prinsipi ilə laborator xidmətlərin təşkili istiqamətində
faəliyyətə başlamışdır. Qısa müddət ərzində Azərbaycan səhiyyə sistemində uğurlu inkişaf yolu keçən
laboratoriya 800 kv.m sahədə beynəlxalq standardlara uyğun, akkreditasiyalı xidmət göstərməkdədir.
Tam avtomatlaşdırılmış cihazlarla təmin olunmuş laboratoriya 85 nəfərlik uzman həkim və tibbi heyətlə
6 fərqli sahədə 5000-dən çox laborator müayinələr həyata keçirtməkdədir.


Bütün laborator analizlərin dəqiqliyinin təmin olunması məqsədilə daxili Keyfiyyətə Nəzarət Sistemi
formalaşdıran Sunlab laboratoriyası Türkiyə, Almaniya, Ingiltərə kimi xarici ölkələrdə mütəmadi olaraq
akkreditasiyadan keçməkdədir. Laboratoriya fərdi pasiyentlərlə yanaşı bir çox xəstəxana və klinikalara
korporativ xidmət göstərməkdədir. Yüksək ixtisaslı laboratoriya heyəti pasiyent məmnuniyyətinin
formalaşmasında, sürətli və keyfiyyətli xidmət göstərilməsində daim öz səylərini göstərməkdədir.