SPERMOQRAM VERMƏ TƏLİMATI
Bu təlimatı əvvəlcədən diqqətli şəkildə oxumağınızı və diqqətə almağınızı xahiş edirik.
1. Sperm nümunəsi 2-3 günlük Cinsi pəhriz gözlənilməklə verilməlidir.
2. Sperm nümunəsi mastürbasiya yoluyla əldə edilməlidir.
3. Testdən əvvəl, penisinizi suyla (sabunsuz) yumalı və yaxşıca qurulamalısınız.
4. Qoruyucu (Prezervatif) və sabun, krem vs. istifadə olunmasına icazə verilmir, istifadə olunduğu təqdirdə bunlar sperm keyfiyyəti üzərində mənfi təsir göstərir.
5. Cinsi əlaqə ilə boşalma tövsiyyə edilməməkdədir.
6. Spermin laboratoriya xaricindən gətirilməsi tövsiyyə olunmur.
7. Spermi almaq üçün, sizə verilən özəl qabı istifadə edin. Qabın içərisini əvvəlcədən təmizləmək olmaz.
8. Bütün spermi qabın içinə doldurmağa diqqət edin,əgər spermin bir hissəsi qabın kənarına dağılmış olarsa, o hissəni yenə də qabın içinə tökməyə çalışın. Əgər bunu etmək mümkün olmazsa, bununla bağlı qabı laboratoriyaya təslim edərkən məlumat verməli və ya müraciət formunda qeyd etməlisiniz. Bu məlumatı verərkən, spermin ilk ya son hissəsinin itkiyə getdiyini qeyd edin.
9. Sperm laboratoriya xaricində veriləcəksə ən gec bir saat ərzində laboratoriyaya təslim edilməlidir.
10. Kənardan gətirilən spermlər, temperatur dəyişikliyi və günəş işığına məruz qala bildiyi üçün nəticəyə təsir göstərir. Əgər belə bir məcburiyyət varsa ən gec bir saat içərisində və bədən temperaturu istiliyində daşınaraq gətirilməlidir.
11. Kənardan gətirilən sperm nümunəsinin üzərində mütləq spermin götürüldüyü saat və dəqiqə yazılmalıdır.
12. Sperm kənardan gətirilmişsə cavab kağızında bunun haqqında məlumat veriləcəkdir.
13. Spermi əsla, aşağı və ya yuxarı temperaturda saxlamamalısınız. Bu qayda, spermin alınması ve SUNLAB laboratoriyasına çatdırılması zamanı da keçərlidir.
14. Sperm otaq temperaturu ilə bədən temperaturu aralığında olan istilikdə saxlanılmalıdır. Buna görə qabı, paltarınızın iç cibində saxlamağınız məsləhət görülür. Buna xüsusi ilə qış aylarında diqqət edilməlidir.
15. Sperm SUNLAB laboratoriyasına hər gün (Bazar günü istisna olmaqla) saat 09:00 - 14:00 arası təslim edilməlidir.