XÜSUSİ DİQQƏT TƏLƏB EDƏN TESTLƏR TƏLİMATI
24 Saatlıq (sutkalıq) Sidik Toplama Təlimatı:
- İyirmi dörd saatlıq (sutkalıq) sidik toplamaq üçün aşağıdakı təlimatlara diqqət etmək lazımdır; Sidik səhər toplanacaqsa oyandıqdan sonra ilk sidik kənara atılır, sonraki sidik porsiyaları isə toplanma qabına yığılır. Nümunə səhər 08:00 ’dan sonraki gün səhər 08:00 ’ a və ya səhər 09:00‘dan sonrakı gün səhər 09:00 ’a qədər toplanır. Bütün sidik gündüz və gecə boyunca, diqqətli şəkildə toplama qabına yığılır.Sonraki gün ilk sidik nümunəsi də səhər 8:00 və ya 9:00-da sidik toplanma qabına əlavə edilərək sidik toplanma işləmi yekunlaşır.
- Toplanmış sidik sərin və qaranlıq bir mühitdə saxlanılmalıdır.
- Sidik nümunəsi gözlədilmədən laboratoriyaya gətirilməlidir.
- Sidikdə yoxlanılacaq test üçün qoruyucu maddə lazım olarsa laboratoriyadan məluma alınmalıdır.
- Bəzi testlər üçün (oksalat, sitrat, VMA, HVA, 5-HIAA, katekolaminlər, metanefrinlər, serotonin) sidiyə qoruyucu bir maddə (6N HCl asit-5ml) əlavə edilməlidir.
- Əvvəlcə bu asit ,sidik qabının dibinə boşaldılır sonra isə sidik məlumat verildiyi şəkildə yığılır.
- Şənbə günü 24 saatlıq (sutkalıq) sidik toplamayın.
24 SAATLIQ (SUTKALIQ) SİDİKDƏ VMA, HVA VƏ 5-HIAA, KATEXOLAMİNLƏR, METANEFRİNLƏR VƏ SERATONİN
Test nəticələrinin etibarlı olması üçün aşağıdaki xüsusiyyətlərə diqqət edilməlidir.
- Vanilsiz pəhriz 3 gün ərzində tətbiq olunur.Ağır idman hərəkətləri edilməməlidir.
- Laboratoriyadan alınan qoruyucu maddə asit (6N HCl-5ml) 5lt.lik plastik şüşəyə boşaldılır.
- Pəhrizin 4-cü gün səhər (ilk sidik kənara atılır) sidik toplanılamağa başlanılır.
- Növbəti günkü (5-ci günkü) ilk sidik də daxil olmaqla sidiyin hamısı toplanılır.
QEYD: Toplanılan sidik sərin ve qaranlıq bir mühitdə saxlanılmalıdır.
VMA,METANEFRİN,KATEXOLAMİNLER ÜÇÜN VANİLSİZ PƏHRİZ (4 günlük) Qadağalar
- Çay,qəhvə ,kakao
- Banan,greyfurt ,pomidor , portağal, ananas,mandarin
- Dondurma ,hazır qidalar, hazır şorbalar
- Vanilin istifadə olunduğu hər növ qida ve içkilər, tortlar,biskivitlər,salep v.s
- Çərəzlər, tomat pastası, qurudulmuş meyvələr, spirtli içkilər
Qeyd: Metanefrin testi üçün pəhriz şərt deyildir.
Bəzi dərman maddələri - yanlış nəticələrə səbəb ola biləcək dərmanlar: asetaminofen, aspirin, MAO inhibitorları, metildopa, levodopa, fenotiyazinler, chlorpromazine, promazine, phenothiazines, reserpine, kafein, lityum, eritromisin, tetrasiklinler, aminofilin və digər birçox dərmanlar.