Xərçəng xəstəlikləri paneli
*Nəcisdə gizli qan
*Nəcisdə helicibakter pylori antigeni
*Amilaza
*Prostat spefik antigeni (PSA)
*Alfa fetoprotein (AFP)
*HCG
*CA 15-3
*CA 125
*CA19-9
*CA 72-4
*CEA
*Kalsitonin
Xərçəng ( şiş )markerləri şiş hüceyrələri tərəfindən istehsal olunan və qanda aşkar edilə bilən maddələrdir. Bununla belə,şiş markerləri bədəndəki bəzi normal hüceyrələr tərəfindən də istehsal olunur və xərçəng olmayan şəraitdə qanda əhəmiyyətli yüksəlmələr müşahidə edilə bilər.Bu xərçəng diaqnozunda şiş markerlərinin potensial faydasını məhdudlaşdırır.
Xərçəng markerlərinə misal olaraq prostat xərçəngi üçün prostat spesifik antigen (PSA) ,yumurtalıq xərçəngi üçün CA 125 ,qaraciyər xərçəngi üçün alfa-fetoprotein(AFP) ,süd vəzi xərçəngi üçün CA 153,mədəaltı vəzi xərçəngi üçün CA 19-9,mədə xərçəngi üçün CA 72-4,yumurtalıq xərçəngi və hüceyrə xərçəngi üçün xorionik qonodrotopin daxildir.
Test nəticələri diqqətlə şərh edilməlidir,çünki fərqlər və pəhriz bu nəticələrə təsir edə bilər.Bundan əlavə xərçəng olmayan şərtlər bəzən anormal test nəticələrinə səbəb ola bilər. Bəzi hallarda test nəticələri normal olsa da xərçəng aşkar edilə bilər.
Bu testlərlə mədə və bağırsaq xərçəngi, pankreas xərçəngi, qaraciyər xərçəngi, süd vəzi xərçəngi, yumurtalıq xərçəngi və kişilərdə prostat xərçəngi araşdırılır.Müəyyən yaşdan sonra və genetik olaraq şiş xərçəngi olanlar bu testləri periodik olaraq yoxlatdırmalıdırlar.
Bu test nəticələrinin normal diapazonda olub-olmaması, digər test nəticələri ilə birlikdə şərh ediləcək. Lazım olarsa göstərilən xərçənglər üçün instrumental müayinə metodları tövsiyyə olunur. Bundan əlavə, xərçəng markerlərinin miqdarının təyin edilməsi sonrakı dövrlərdə əldə edilən nəticələrlə müqayisə etmək imkanı verəcək və üçün dəyərli məlumatlar verəcək.
Beləliklə qan və nəcis testləri həkimə ilkin verir və qəti diaqnoz biopsiya kimi digər testlərlə mümkün olur.Bəzi hallarda xərçəng markerləri səviyyələri müntəzəm olaraq ölçülür və əgər varsa artım sürəti qiymətləndirilir.Şiş markerlərinin ölçülməsi xərçəng diaqnozundan sonra daha faydalıdır.Bu testlər müalicəyə cavabı və xərçəng hüceyrələrinin böyüməsini qiymətləndirir.