Anemiya paneli
*Qanın ümumi analizi
*Dəmir
*Dəmir bağlama total
*Transferrin
*Hemoqlobin elektrofarezi
*Ferritin
*Vitamin B12
*Fol turşusu
Anemiya qırmızı qan hüceyrələrinin sayının və ya qırmızı qan hüceyrələrində hemoqlobinin miqdarının normadan aşağı düşdüyü bir vəziyyətdir. Qırmızı hüceyrələr və onların tərkibindəki hemoqlobin oksigenin ağciyərlərdən digər toxumalara daşınması üçün lazımdır. Kifayət qədər oksigen olmadıqda bir çox orqan və toxumalara mənfi təsir göstərir. Qırmızı qan hüceyrəsi və ya hemoqlobin səviyyələrinə görə anemiya yüngül ,orta və ya ağır ola bilir.Bəzi insanlarda anemiya inkişaf riski daha yüksəkdir. Məsələn: Dəmir və vitaminlərlə zəngin qidalanmayanlarda,xroniki xəstəlikləri(böyrək xəstəlikləri, şəkərli diabet, xərçəng, bağırsaq iltihabı xəstəliyi) irsi ailəvi anemiya(talassemiya),xroniki infeksiyası olanlarda (vərəm,qiçs)anemiya riski yüksəkdir.
Anemiyanın adətən iki əsas səbəbi var:
1. Qırmızı qan hüceyrələrinin istehsalının pozulması və ya azalması, dəmir çatışmamazlığı, B vitamini və fol turşusu çatılşmamazlığı.
2. Qırmızı hüceyrələrin məhvinin artması. Anemiyanın əlamətləri və simptomları səbəblərindən asılı olmayaraq çox oxşardır. Ən çox görülən simptomlar ümumi yorğunluq və enerji çatışmamazlığıdır.Bundan əlavə baş ağrısı, baş gicəllənmə, əllərdə və ayaqlarda soyuqluq hissi, solğunluq, nəfəs darlığı, sürətli və nizamsız ürək döyüntüsü və sinə ağrısıdır.