Böyrək xəstəlikləri paneli

*Sidik cövhəri
*Kreatin
*Sidik turşusu
*Mikroalbumin( sidikdə albumin)
*Natrium
*Kalium
*Xlor
*Sidiyin ümumi analizi

 

Sidik cövhəri ,mikroalbumin ,sidiyin ümumi analizi ümumilikdə 18 yaşdan yuxarı 10 % üzərində gözlənilən xroniki böyrək xəstəliyini və varsa digər böyrək xəstəliklərini aşkara çıxarır.Sidik turşusunun yüksək olması böyrək xəstəliklərinə bağlı ola bilir.


Qan və sidik vasitəsilə çalışılan bu testlər böyrək problemlərini ilk araşdıran vacib testlər hesab edilir. Rutin müayinənin(sidiyin ümumi analizi)bir hissəsi kimi sidik nümunəsi toplanılır və ətraflı təhlil edilir.Sidikdə eritrisit,leykositlər,zülallar və bəzi digər maddələr araşdırılır.Xəstədə şəkər və hipertoniya varsa,böyrək xəstəliyinin ilkin diaqnozu sidikdə zülalın (mikroalbumin)miqdarı ən azı bir dəfə yoxlanılmalıdır.Sidik yolu infeksiyasını təyin etmək üçün sidik kültürü verilməlidir. Sistatin C şübhəli böyrək xəstəliklərinin müayinəsində və böyrək funksiyasının monitorinqində kreatinə alternativ ola biləcək başqa bir testdir.Kreatinin ölçülərinin uyğun olmadığı hallarda(məsələn qaraciyər,xəstəlikləri,piylənmə,qidalanma, əzələ kütləsinin az alması)xüsusilə faydalı ola bilər.Sistain C-nin ölçülməsi xüsusilə yaşlılarda,digər parametrlər normal olduqda böyrək xəstəliyinin erkən mərhələsini təyin etmək üçün faydalı ola bilər.


Mikroalbumin ,albumin adlı zülalın sidikdə normadan bir qədər çox ifraz olunmasıdır.Mikroalbumin şəkərli diabet və hipertoniya xəstələrində zamanla inkişaf edə bilər və bu insult və miokard infaktı kimi ürək xəstəliklərinin inkişaf riskini göstəricisidir.


Natrium ,kalium və xlor elementləri ilə elektrolit balansı ,böyrəküstü vəzi hormonlarının təsiri və əgər varsa böyrəklərlə əlaqəli hipertoniya səbəblərini aşkar edilir.