Prostat xərçəngi nədir?
Prostat vəzi kişi reproduktiv sisteminin bir hissəsidir.Yoğun bağırsağın son hissəsinin qarşısında və sidik kisəsinin altında yerləşir.Sidik yollarını əhatə edir.Sağlam prostat vəzi gənclərdə qoz boyda olur.Yaşlanma ilə böyüməyə meyillidir.Prostat xərçəngi prostat vəzini təşkil edən hüceyrələrin nəzarətsiz bölünməsi nəticəsində inkişaf edə bilər.Bu xərçəng hüceyrələri zamanla prostatı tərk edərək digər orqanlara ,xüsusən də sümüklərə yayıla bilər.İrəli yaşlarda kişilərdə ən çox rast gəlinən xərçəng növlərindən biridir.
Səbəblər:
Prostat xərçənginin dəqiq səbəbləri məlum deyil.
*Yaş artdıqca risk artır
*Birincili dərəcəli qohumunda prostat xərçəngi olanlarda
*Pəhriz vərdişləri (doymuş yağlar və qırmızı ətlə zəngin pəhriz,tərəvəz və meyvələrdə azlıq)prostat xərşəngi riskini artıra bilər.
Əlamətlər:
Prostat xərçəngi erkən mərhələdə heç bir əlamət vermir.Xərçəng
toxuması aşağıda qeyd edilən bəzi şikayətlərə səbəb ola bilər.
*Tez-tez sidik ifrazı
*Gecələr sidiyə çıxmaq
*Fasiləli sidik ifrazı
*Ağrılı sidiyə çıxmaq
*Qanlı sidik
*Qanlı sperma
Bu şikayətlərin olması prostat xərçəngidir.Əgər sizdə bu şikayətlərdən hər hansı biri varsa müayinədən keçmək lazımdır.
Müalicə:
Prostat vəzi xərçəngi erkən diaqnoz qoyulan və müalicəsi mümkün bie xəstəlikdir.Xəstəliyin mərhələsinə və xüsusiyyətlərinə görə müxtəlif müalicə variantları var.Erkən mərhələdə aktiv monitorinq, bütün prostatın cərrahi yolla çıxarılması və ya şüa terapiyası(radioterapiya) tətbiq oluna bilər. Digər mərhələlərdə hormon terapiyası və kimyaterapiyası lazım ola bilər. Erkən müalicə yüksək riskli xəstələrin həyatını xilas edir.
Müdafiə:
Bütün xərçənglərdə olduğu kimi,sağlam qidalanma vərdişləri prostat xərçəngi riskini azalda bilər.Bundan əlavə,birinci dərəcəli qohumlarınızdan hər hansı birində prostat xərçəngi varsa siz də risk altındasınız.40 yaşından etibarən mütamadi olaraq uroloqa müraciət etmək lazımdır.