Qan yağları, ürək–damar xəstəlikləri və ürək çatışmamazlığı xəstəlikləri.
*Xolesterol *Apo B/Apo A1
*Triqliserid *Okside LDL
*HDL xolesterol *Homosistein
*LDL xolesterol *Sensitiv Crp
*Lipoprotein a *Fibrinogen
*Apolipoprotein A1 *ADMA(Asimetrik dimetilarginin)
*Apolipopretein B 100 * NT-ProBNP
Ürək damar xəstəlikləri nədir?
Ürək damar xəstəliyi (CVD) ürək və damara təsir göstərə bilən dəyişilikləri göstərə bilən termindir.Bir çox ürək damar xəstəlikləri vəziyyəti əks etdirir.Bununla bərabər bəzi ürək-damar xəstəlikləri infakt və insult kimi kəskin ola bilər.
CVD terminin ən məşhur istifadəsi aterosklerozla əlaqəlidir.Bu xəstəliklər siqaret,hipertoniya,yüksək qan xolesterolu,(xüsusilə yüksək LDL)şəkər xəstəliyi və oturaq həyatdan yaranır.Xalq sağlamlığı mütəxəsisləri diqqəti cəmiyyətdə ürək-damar xəstəliklərinin azaldılması üçün sağlam həyat tərzinə yönləndirirlər.Pəhriz,siqaretdən imtina,müntəzəm idman,qan şəkərinin normada saxlanılması lazımdır.
Standart lipid parametrləri (xolesterol,triqliserit,HDL,xolesterol,LDL-xolesterol)ilə birlikdə yeni müstəqil risk faktorlarının çalışılması kardivaskulyar xəstəlik riskini ortaya çıxardaraq müalicəyə başlamaqda yardımcı olur.
Lipopretein a(Lp a) Böyük ölçüdə genetik olaraq qandakı səviyyəsi müəyyən edilmişdir.Bir çox nəşrlərdə onun aterotrombogenez və koronar damara səbəbli təsiri və onun periferik ürək hadisələri ilə güclü əlaqəsi vurğulanır.
Sensitif CRP Iltihabın nüstəqil önəmli markeridir.Yüksək səviyyələr laxtalanma və damar endotelinin zədələnməsi ilə əlaqəli iltihablı sitokinlərin həddindən artıq aktivləşmsini əks etdirir.
Homosistein metionin metobalizmasında ara maddədən məsul olan amino asitdir.Vitamin B12,B6 və fol turşusu əksikliyi zamanı qanda homosistein səviyyəsi artır.Yüksək homosistein səviyyəsi endotel zədələnməsi,trombositlərin artması,atereskleroz riskinin artması və CVD riskinin artması ilə əlaəqlidir.
Fibrinogen Tromboz formalaşması endotel zədələnməsi və arterial damarların tutulmasında əsas rol oynayır.
Apoliporotein A1 HDL (yaxşı xolesterol)adlı lipoproteində olan əsas proteindir.Apo A1 birbaşa olaraq səviyyəsi HDL xolesterol səviyyəsi ilə bağlıdır.Apo A1 çatışmamazlığı birbaşa ürək –damar xəstəliklərini inkişafını artırır.
Apoliprotein B LDL xolesterolda(pis xolesterol) aşkar edilən proteindir.LDL xolesterolun qanda artıq olması arterial divarlarda yağlanmaya səbəb olur.Bu isə damar tıxanmalarına səbəb olur.
Okside LDL Pis xolesterol adlandırılan LDL xolesterol oksidləşdikdə daha təhlükəli olur.Bədənimizdə sərbəsrt LDL radikalları əmələ gəlir,LDL oksidləşməsinə səbəb olur.
ADMA (Asimetrik dimetilarginin)azot oksidi arginin amin tuşusundan istehsal olunur. ADMA artan qan səviyyəsinin aterosklerozunun inkişafına köməklik göstərir.
Son zamanlar ADMA-nın müstəqil ürək-damar risk faktoru olduğu müəyyən edilmişdir.Koronar ürək xəstəliyi,xroniki böyrək xəstəliyi,və diabet xəstəliklərini ağırlaşdıran faktorlardır.
NT-PRO BNP Son illərdə ürək çatışmamazlıının markeri kimi istifadə edilmişdir.Ürəyinmədəciklərindən ifraz olunan bir maddədir.Ürək çatışmamazlığı əlamətləri artdıqca qanda NT-PRO BNP artır.