Kişi hormonal testləri

*DHEA
*Total testesteron
*Dehidrotestesteron
* Sərbəst testesteron
*Estradiol
*İGF1
*SHBG

Testesteron səviyyələri 20 yaşdan yuxarı əksər kişilərdə yüksəlir.Testeron istehsal edən hüceyrələr 40-70 yaşları arasında tükənməyə başlayır və onların pik səviyyələri ilə müqayisədə təxminən azalması müşahidə edilir.Testesteron çatışmamazlığının əsas əlamətləri depressiya,yorğunluq,cinsi istəyin azalması,narahatlıq, saç tökülməsi,dərinin incəlməsi və qırışması, çəki artımı, əzələ və sümük toxumasının zəifləmısi daxildir.Nəticədə hormonal balanssıızlıqlar ürək xəstəliyi,osteoptraz,qlükoza dözmsüzlüyü və erektil disfunksiya kimi daha ciddi vəziyyətlərə səbəb ola bilər.Bu gün bir çox dərmanlar ereksiyaya təsir etsə də,adekvat testesteron olmadan bu dərmanlar effektiv işləməyəcək.

Dehidrotestesteron sulfat (DHEA-S) Böyrək üstü vəzində AKTH -a cavab olaraq istehsal olunan ən informativ test hesab edilir.Dhea həmçinin qalxanabənzər vəzin fəaliyyətində,immun sistemin düzgün işləməsində,bədən yağlarının azalmasında,insulinə həssaslıqda və orqanizmin stressə reaksiyasında mühüm rol oynayır.DHEA 20-30 yaşında qandakı səviyyəsi pik həddə çatırsonra androgenlər və estrogenlərlə nəzərəçarpacaq dərəcədə azalır.Aşağı DHEA-S səviyyələri xroniki stressin (DHEA-ya nisbətən kortizol istehsalının artması) və adrenal çatışmamazlığın göstəricisi ola bilir və lupus,insulin dirənci,osteoparaz,xroniki xəstəliklər,xroniki yorğunluq, depressiya,süd vəzi xərçəngi kimi hallarda rast gəlinir.

Seks hormon bağlayıcı qlobulin(SHBG) İlk öncə qaraciyərdə sintez olunur və estradiol (E2), testesteron və dehidrotestesteron üçün qanda daşıyıcı bir protein olaraq nəzərə çarpır.Bu steroid hormonların (özəlliklə testesteron) bioloji təsirləri böyük olan qanla əlaqəsi olmayan hissələr tərəfindən həyata keçirilir.

Estradiol(E2) Ən güclü estrogendir və periferik toxumalarda E1 və testesterondan istehsal olunur.Estrogenlər damarların genişlənməsini və damarların hamar əzələ tonunu ,kollagen istehsalını,beyin fəaliyyətini artırır.

Sərbəst testesteron:  
 Testesteron orqanizm üçün fərqli funksiyaları yerinə yetirən vacib bir hormondur. Əsas olaraq kişi cinsiyyət hormonu(androgen hormonu kimi də adlandırılır) kimi , testesteron reproduktiv sistemin istehsalında və yenidən qurmasında həmçinin sümük və əzələ toxumaların gücləndirilməsinə kömək edir. Ümumilikdə bu hormonun sağlamlıq və əhval ruhiyyənin yaxşılaşmasında böyük təsiri vardır. Testesteron çatışmamazlığı (və ya hipoqonodizm) tez tez narahatlığa səbəb olan simptomlarla özünü göstərir: asan çəki artımı-əzələ kütləsinin yox piy kütləsinin artması ilə, cinsi zəiflik və disfunksiyalar simptomlar ilə özünü göstərə bilər. Qadınlarda yumurtalıqlarda follikulların reqresiyyası mexanizmində və hipofizin qonadotrop səviyyəsinin idarə olunmasında iştirak edir.

Dehidrotestesteron
Dihidrotestosteron (DHT) həm kişilərin, həm də qadınların bədənində mövcuddur. Testosterondan yalnız xüsusi bir fermentin - 5-alfa reduktazanın köməyi ilə əmələ gəlir. Kişilərdə testislər və daha az dərəcədə böyrəküstü vəzilər, qadınlarda əksinə, daha çox böyrəküstü vəzilər və bir az yumurtalıqlar tərəfindən istehsal olunur.

Böyümə hormonu (GH)

Boy qısalığının bir çox səbəbi vardır və boy qısalığı şikayətləri ilə həkimə müraciət edən uşaqların bir hissəsində sadəcə "Böyümə hormonu çatışmamazlığına" rast gəlinir. Böyümə hormonu çatışmazlığı olan uşaqlara diaqnoz qoymaq üçün əvvəlcə uşaqları bir müddətə nəzarət saxlayaraq illik böyümə sürəti müəyyən edilir. Bu sürət kifayət qədər olmadıqda bəzi araşdırma testləri (tam qan sayımı, biokimya, tireoid funksiyaları, sümük yaşı qrafisi) və böyümə hormonunun qiymətləndirilməsi üçün testlər aparılır. Böyümə hormonu normalda xüsusi ilə yuxuda olmaqla gün ərzində mərhələli şəkildə ifraz olunur. Bu səbəbdən böyümə hormonu testini etmək üçün "xəbərdarlıq testi" dediyimiz üsul ilə əvvəlcə orqanizmin böyümə hormonu ifrazına xəbərdarlıq edilir (dərman və s. verərək), daha sonra yarım saat (30 dəq) ara ilə 4-5 dəfə qan nümunəsi alınır və bu qanlarda böyümə hormonunun səviyyələri ölçülərək lazımi qədər artım olub-olmadığı müəyyən edilir. Böyümə hormonu çatışmamazlığı olan uşaqlarda bu xəbərdarlıq testində hormon səviyyəsində kifayət qədər artım olmaz.

İGF1

Bu hormon ona görə insulinəbənzər adlanır ki,  insulin kimi qlükozanın əzələ və yağ toxuması  tərəfindən məsimsənilməsini stimulə edir. IGF-1 daha çox qaraciyərdə sintez olunur. Orqanizmin böyüməsi və inkişafında, bir-çox hüceyrələrin normal funksiyasının təmin edilməsində iştirak edir. Ən vacib effektlərindən biri sümüklərin uzununa inkişafını stimulə etməsidir.  Qanda dövr edən IGF-1 həmçinin insulinə həssaslığı artırır.  IGF-1-in miqdarının azalması  isə insulinə rezidentliklə assosiasiya olunur. IGF1-in aşağı olması yorğunluq, psixoloji vəziyyətin pisləşməsi,sümük sıxlığı və əzələ kütləsi,böyrək funksiyasının azalması,aşağı olan qan şəkəri ilə əlaqəlidir.GH və İGF1 səviyyələri məşq ,yuxu,aşağı karbohidratlı pəhrizlər,sekresiya gücləndiriciləri və ya əlavə qəbul edilən GH qəbulu ilə artır.