Adreal yorğunluq sindromu

*AKTH
*Kortizol
*DHEA
*Aldesteron
*Renin


Adrenal yorğunluq böyrəküstü vəzilərin kifayət qədər hormon sintez etməməsi nəticəsində yaranan əlamət və simptomların məcmusudur.Adətən güclü və uzun müddət inkişaf edən stess nəticəsində inkişaf edir.Əsas əlamət yuxu ilə düzəlməyən yorğunluqdur və xəstəlik irəlilədikcə karbohidrat, zülal və lipid mübadiləsində, maye-elektrolit balansında, ürək-damar sistemində və hətta cinsi istəkdə dəyişiliklər müşahidə edilir.

Stres müasir həyatımızın ayrılmaz hissəsidir.Stess ekoloji ,psixolji səbəblərdən yarana bilər. Böyrəksütü vəzi hormonlarından olan kortizol və dehidroepiandrotestesteron (DHEA)orqanizmin stresə qarşı müqavimətində çox mühüm rol oynayır.Kortizol və ya DHEA tarazlığı pozulursa, insan stressə qarşı müqavimət göstərməkdə çətinlik çəkə bilər və müxtəlif xroniki əlamətləri inkişaf edə bilər.

AKTH hipofiz hormonudur və adrenal testlərdən kortizol,DHEA və aldestesronun sintezini stimullaşdırır.AKTH səviyyəsini ölçməklə bu hormonun səviyyəsinin aşağı olmasının hipofiz vəzindən və böyrəküstü vəzilərin zəif fəaliyyətindən qaynaqlanıldığı aydın olur.AKTH yüksək və kortizol azdırsa böyrəküstü vəzilərdə problem olduğu və hipofizdən siqnal göndərdiyi başa düşülür,lakin böyrəküstü vəzilər çox yorulduğu üçün cavab verə bilmir.

Kortizol Bədəndəki müxtəlif metobalitik hadisələrdə ,o cümlədən zülalların karbohidratların və yağların istifadəsi,stressdən qorunma və iltihabın idarə edilməsi və qan şəkərinin normal səviyyədə saxlanılmasında iştirak edir.Kortizol həmçinin normal qan təziyiqi ,normal sinir və beyin fəaliyyəti, ürək və immunitet sisteminin normal işləməsinə kömək edir.

Tüpürcəkdən kortizolun ölçülməsi dafa faydalı məlumat verir,çünki qandakı kortizol səviyyələri gün ərzində dəyişir.Bundan əlavə ,tüpürcək nümunələrindən əsas təsir olan sərbəst kortizol səviyyəsi ölçülür. Gün ərzində alınan tüpürcək nümunələrindən kortizol ölçüləri aparılır və onlar arasında fərq qiymətləndirilir.

DHEA –sulfat bədən çəkisinin ,qan təziyinin və immun sisteminin tənzimlənməsində - kortizolla birlikdə zülal, karbohidrat və yağ mübadiləsində ,testesteron və estradiol hormonlarının istehsalında rol oynayır.

Çox yüksək və ya aşağı kortizol və ya DHEA müxtəlif xəstəliklərə səbəb ola bilər və bu iki hormonun bir-biri ilə tarazlıqda olması vacibdir.Anormal kortizol səviyyələri xroniki yorğunluq,depressiya,panik pozğunluqlar, kişi cinsi zəifliyi, sonsuzluq,menopaz,anoreksiya və yuxu pozğunluqlarında müşahidə olunur.

Aldesteron və renin oraznizmin maye-elektrolit balansını və qan qan təzyini tənzimləyən hormondur.Aldesteron böyrəküstü vəzdən ayrılır ,böyrək borularından natrium və suyun reabsorbsiyasını təmin edir və əzələ təzyini müəyyən tarazlıqda saxlayır.Böyrəksüstü vəzin funksiyası qeyri-adekvat olduqda aldesteron səviyyəsi aşağı düşür, susuzlaşma, aşağı qan təzyiqi və aşağı natrium səviyyəsi müşahidə olunur.Renin böyrəklər tərəfindən ifraz olunan bir hormondur və böyrəklərə gələn qanın miqdarı azaldıqda və natrium miqdarı azaldıqda ifraz olunur.